Naxçıvan Dövlət Universitetində "Müasir filologiya...
20:51 21.12.2024
0
0
0
NAXÇIVAN :
21 Dekabr 2024, Şənbə
Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının birgə təşkilatçılığı ilə “Naxçıvan Qədim Azərbaycan diyarı-100” adlı kitab sərgisi keçirilib. Nazirliyin əməkdaşları sərgi ilə tanış olublar.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, kitab sərgisi Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunub. Naxçıvanın tarixi, etnoqrafiyası, həmçinin rabitə, telekommunikasiya, poçt, rəqəmsallaşma, süni intellekt mövzularında kitabların da əhatə etdiyi sərgidə 80-ə yaxın kitab nümayiş olunub.
Kitabxananın əməkdaşları sərgi haqqında ətraflı məlumat verərək qeyd ediblər ki, tariximizi, mənəvi sərvətlərimizi qoruyub saxlayan, nəsildən-nəslə ötürən məbədlərdən biri də Naxçıvan Muxtar Respublikası Kitabxanasıdır. Bu mədəniyyət ocağının fondunda 190 mindən çox çap məhsulu mövcudur və hazırda kitabxana oxuculara ənənəvi xidmətlərlə yanaşı, elektron xidmətlər də göstərir.
Sərginin məqsədi rəqəmsal dövrdə kitab və mütaliəni təbliğ etmək, ziyarətçiləri həm ölkəmizin, həm də xarici nəşriyyatların çap məhsulları ilə tanış etməkdir.
Digər xəbərlər