Ordabayev: Təyyarənin qəzaya uğradığı yerdə daha b...
19:46 26.12.2024
0
0
0
İqlim dəyişiklikləri insan hüquq və azadlıqları ilə bağlı məsələlərə də yenidən baxılmasını şərtləndirir. İqlim dəyişikliyi ilə mübarizədə təkcə siyasi iradə deyil, qabaqcıl texnologiyalar da rol oynayır. Yaşıl texnologiyaları yaradanların əqli mülkiyyət hüquqlarının qorunması mühüm şərtdir. Bu baxımdan əqli mülkiyyət hüququnun təmin edilməsi günün prioritet məsələsinə çevrilib.
"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva “Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masada söyləyib.
Səbinə Əliyeva diqqətə çatdırıb ki, əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır. O, Əqli Mülkiyyət Agentliyi ilə Ombudsman Aparatının əməkdaşlığının daha effektiv şəkildə davam edəcəyini vurğulayıb.
Ombudsman çıxışında iqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini də qeyd edib, Azərbaycanın COP29-a ev sahibliyi etməsinin bu baxımdan böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Digər xəbərlər