NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə,  Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin Culfa, Ordubad və Şahbuz rayonunun bəzi dağlıq ərazilərinə 30 faiz ehtimalla qısamüddətli yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Saniyədə 5-10 m/san sürətlə şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti olacağı ehtimal olunur.

Nəşr edilib : 02.10.2024 23:08