NAXÇIVAN :

23 Sentyabr 2026, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında bir sıra qida məhsullarının istehsalı artıb

...

2026-cı ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 4 128,2 ton unlu qənnadı məmulatları, 18,2 ton şəkərli qənnadı məmulatları, 428,9 ton şəkər və qənd, 156,9 min dekalitr meyvə şirələri və 108,3 ton ayran istehsal olunub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən “Şərq qapısı”na verilən məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə unlu qənnadı məmulatlarının istehsalı 8,7 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 3,5 dəfə, şəkər və qənd istehsalı 10,2 faiz, meyvə şirələrinin istehsalı 71,7 faiz, ayran istehsalı isə 2,5 dəfə artıb.

Nəşr edilib : 23.09.2026 10:17