NAXÇIVAN :

24 Aprel 2025, Cümə axşamı

Naxçıvan Muxtar Respublikasında aprelin 23-nə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən, aprel ayının 23-də Naxçıvan Muxtar Respublikasında hava şəraitinin arabir yağmurlu keçəcəyi, dağlıq ərazilərdə isə şimşək çaxacağı və qar yağacağı ehtimal olunur.
Qərb küləyinin sürəti 5-10 m/s arasında dəyişəcəyi, bəzi ərazilərdə isə arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə saatlarında 5-10° isti, gündüz isə 23-28° isti olacağı proqnozlaşdırılır.

Nəşr edilib : 23.04.2025 10:19