Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
İşçi ilə işəgötürən arasındakı münasibətləri onlayn qaydada daha şəffaf formada tənzimləmək üçün Prezident cənab İlham Əliyevin 12 avqust 2024-cü il tarixli Fərmanı ilə Əmək Məcəlləsində dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən ölkədə, həmçinin Naxçıvan Muxtar Respublikasında təhsil müəssisələrində çalışan bütün pedaqoji və texniki işçilərin əmək müqavilələri elektron qaydada “Əmək və Məşğulluq” altsistemində həyata keçirilməsinə başlanılıb. Bunun üçün işəgötürən və işçi tərəfindən imzalanılan əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq elektron imza ilə təsdiq olunmalıdır. Bu prosesi həyata keçirmək üçün isə ümumtəhsil müəssisələrində çalışan bütün pedaqoji və texniki işçilərin gücləndirilmiş elektron imzası olmalıdır.
Gücləndirilmiş elektron imza dedikdə, Asan imza və ya SİMA tətbiqi nəzərdə tutulur. Həm Asan imza, həm də SİMA proqram təminatı vasitəsilə “Əmək və Məşğulluq” altsisteminə daxil olmaq mümkündür. Qeyd edək ki, Asan imzadan fərqli olaraq SİMA tətbiqinin yüklənilməsi tam ödənişsizdir. SİMA proqram təminatını istifadə etmək üçün hər bir işçi, o cümlədən müəllimlərimiz müvafiq platformalara daxil olmaqla asanlıqla qeydiyyatdan keçə bilərlər. Pedaqoji və texniki işçilərə Təhsil Şöbələrinin əməkdaşları tərəfindən SİMA proqram təminatı ilə bağlı müvafiq köməkliklər də edilir.
Əmək müqavilələrinin elektron qaydada bağlanması şəffaflığın artırılması və işçi ilə işəgötürən arasında əmək münasibətlərinin tənzimləməsində mühüm rola malikdir.
Digər xəbərlər