Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə telefonla...
20:51 21.11.2024
0
0
0
Oktyabrın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2024- 2025-ci tədris ilinin ilk kollegiya iclası keçirilib. İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin ümumtəhsil məktəblərinin direktorları iştirak edib.
Kollegiya iclasında Naxçıvan Qizlar Liseyinin və “STEAM Təlim-Tədris Mərkəzinin nizamnamələrinin təsdiqi, yeni tədris ilinə hazırlıqla bağlı yerlərdə görülmüş işlər, aparılmış monitorinqin nəticələri, təhsil müəssisələrində STEAM təhsil metodunun tətbiqi vəziyyəti, fənn olimpiadaları və müsabiqələrin yekun nəticələri və qarşıda duran vəzifələr, həmçinin cari məsələrərin müzakirəsi aparılıb.
Kollegiya iclasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov müəssisə rəhbərlərinə təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, nizam-intizam qaydalarına nəzarətin artırılması, olimpiada və müsabiqələrə məktəblilərin cəlbi və digər məsələlərlə bağlı konkret tapşırıqlar verib.
Digər xəbərlər