Ali Məclisin Sosial siyasət komitəsinin iclası keç...
18:56 31.01.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan Dövlət Universitetinin aidiyyatı əməkdaşları ilə birgə Səhiyyə Nazirliyində “Kiber cinayətkarlıq və ona qarşı mübarizə üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Tahir Məmmədli giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətdən danışıb.
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi Faiq Səfərov çıxış edərək beynəlxalq sülh və sabitliyə qarşı əhəmiyyətli təhlükəyə çevrilmiş kibercinayətkarlığa qarşı ölkəmizdə həyata keçirilən preventiv və maarifləndirici tədbirlər barədə danışıb.
Tədbirdə həmçinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Əli Qasımlı, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Əsgərli və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Mərhəmət Bayramov mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər