FHN: Ötən həftə ərzində 881 yanğına çıxış olub, 7 ...
09:30 27.07.2026
0
0
0
Cari ilin yanvar-iyun ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara, ümumilikdə, 3,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu vəsait 101 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilmiş layihələrin sayı 31,2 faiz artıb.
Qeyd edilən dövr ərzində maliyyələşdirilmiş layihələrin 92,1 faizi, güzəştli kredit məbləğinin isə 70,7 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Digər xəbərlər