NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları internat məktəbinin şagirdlərini ziyarət ediblər

...

Prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və "Prokurorluq işçilərinin peşə bayramı günü" münasibətilə həyata keçirilən kompleks tədbirlərin davamı olaraq sentyabırın 26-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunun bir qrup əməkdaşı Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinin şagirdlərini ziyarət edərək onlara hədiyyələr təqdim ediblər.
Ziyarət zamanı prokurorluq əməkdaşları xüsusi qayğıya ehtiyacı olan, eləcə də valideyn himayəsindən məhrum uşaqlarla görüşərək onların mövcud problemləri, təlim-tədris prosesi və məişət şəraiti ilə maraqlanıblar. Həmçinin uşaqlara müxtəlif hədiyyələr, geyim  ləvazimatları və dərs ləvazimatları təqdim olunub, şagirdlərlə xatirə fotoşəkli çəkdirilib.

Nəşr edilib : 27.09.2025 13:41