NAXÇIVAN :

31 May 2025, Şənbə

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Açıq qapı" günü keçirilib

...

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün "Açıq qapı" günü keçirilib.

Görüş zamanı  prokurorluğun əməkdaşları Faiq Səfərov, Turqay Həşimli, İbrahim Mənsimov və Elvin Hüseynov tələbələrə prokurorluq orqanlarının tarixi, prokurorlugun inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və töhfələri barədə ətraflı məlumat verilib. Həmçinin müasir prokurorluğun formalaşması və inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, prokurorluğun fəaliyyət istiqamətləri, struktur qurumları və eləcə də Elektron Prokurorluq İnformasiya Sistemi barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar.

Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin və meyitin əl-barmaq izlərinin götürülməsi əyani olaraq tələbələrə izah olunub.
 Prokurorluğun inzibati binası ilə tanışlıqdan sonra iştirakçılarla xatirə fotoşəkili çəkilib.

Nəşr edilib : 29.05.2025 14:12