NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda "Açıq qapı" günü keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması, eləcə də prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikası prokurorluğunun təşkilatçılığı ilə sentyabrın 24-da Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri üçün "Açıq qapı" günü keçirilib.

Tədbir çərçivəsində prokurorluğun əməkdaşları Faiq Səfərov, Anar Məmmədov, Turqay Həşimli  və Pərvanə Hüseynova tələbələrə prokurorluq orqanlarının tarixi, Prokurorlugun inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolu və töhfələri barədə ətraflı məlumat verilib. Həmçinin müasir prokurorluğun formalaşması və inkişafı istiqamətində Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan, prokurorluğun fəaliyyət istiqamətləri, struktur qurumları və eləcə də Elektron Prokurorluq İnformasiya Sistemi (EPİS) barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıblar. 

Sonra isə şərti hadisə yerinə baxış zamanı hadisə yerinin müayinə üsulları, hadisə yerində olan dəlillərin rəsmiləşdirilməsi, üzərində aşkar olunan əl-barmaq və digər izlərinin fiksasiya edilməsi, götürülməsi və rəsmiləşdirilməsi qaydası, həmçinin canlı şəxsin  əl-barmaq izlərinin götürülməsi və intihar hadisəsi ilə bağlı hadisə yerinin və meyitin müayinəsi əyani olaraq tələbələrə izah olunub.                                                                  Prokurorluğun inzibati binası ilə tanışlıqdan sonra iştirakçılarla xatirə fotoşəkli çəkilib.

Nəşr edilib : 25.09.2025 16:32