NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün seminar keçirilib

...

16 sentyabr tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin əməkdaşları, baş fond mühafizləri, elmi işçiləri üçün seminar təşkil edilib. 
Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muzey əməkdaşlarının peşə biliklərinin artırılması, muzeylərdə uçot-mühafizə işinin nümunəvi şəkildə aparılması və yüksək muzey xidmətinin göstərilməsi məqsədilə nazirlik tərəfindən mütəmadi olaraq seminarlar, seminar-treninqlər keçirilir, muzey əməkdaşlarının qabaqcıl muzeylərdə təcrübə keçməsi üçün praktiki köməkliyin göstərilməsi təmin olunur. 
Vurğulanıb ki, bu gün yüz minlərlə ziyarətçinin axın etdiyi muzeylər həm də mədəniyyətimizin, incəsənətimizin, adət-ənənələrimizin saxlanc yeri kimi xüsusi dəyərə malikdir. Muzeylərdə mühafizə olunan maddi mədəniyyət nümunələrinin düzgün qeydiyyata alınması, fond kitablarının müvafiq təlimata uyğun işlənməsi, eksponatlara uçot mühafizə nişanlarının qanunauyğun şəkildə vurulması mühüm əhəmiyyət kəsb edir. 
Qeyd edək ki, 20 sentyabradək davam edəcək seminarda mövzuların daha dərindən mənimsənilməsi üçün hər gün mövzulara uyğun olaraq slaydlar vasitəsilə əyani şəkildə izah edilməsi, fond kitablarının düzgün doldurulma qaydalarının göstərilməsi nəzərdə tutulub.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Nəşr edilib : 16.09.2024 13:13