NAXÇIVAN :

20 Aprel 2025, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollegiyasının 2025-ci il üçün iş planına əsasən nazirliyə tabe və sisteminə daxil olan müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə  növbəti kollegiya iclası keçirilib.
Kollegiyada Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov 2025-ci ilin I rübü ərzində görülən işləri təhlil edib.
Nazirlik aparatının əməkdaşları tərəfindən Ordubad Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 2024-cü il üçün kadr və kargüzarlıq işinin vəziyyəti haqqında, nazirliyin sistemində olan uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində şagird kontingentinin balanslaşdırılması haqqında və nazirlik sistemində olan klub müəssisələrinə metodiki köməkliyin göstərilməsi sahəsində işin qurulması və mövcud vəziyyət haqqında ətraflı məlumat verilib.
Sonda mədəniyyət və incəsənət müəssisələrində müəssisədaxili nizam-intizam qaydaları təsdiq edilib.

Nəşr edilib : 20.04.2025 12:39