Naxçıvan Şəhər İcra Hakimiyyətində Qurban bayramı ...
17:05 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
Müsabiqənin keçirilməsində əsas məqsəd “Konstitusiya və Suverenlik İli" çərçivəsində milli mədəniyyətin və incəsənətin, vətənpərvərlik hissləri aşılayan mahnıların təbliği, ifaçılıq üzrə istedadlı şəxslərin aşkara çıxarılması, peşəkar ifaçıların istedadlarının təbliğ edilməsi və aşkara çıxarılmış ifaçıların yaradıcılıq potensialının düzgün istiqamətləndirilməsidir.
Müsabiqədə iştirak etmək istəyənlər doldurulmuş ərizə-anketini 5 iyun 2025-ci il tarixdən 1 oktyabr 2025-ci il tarixədək nazirliyin Mədəniyyət, mədəni irs, incəsənət və təhsil müəssisələri ilə iş şöbəsinə təqdim etməli və ya at.informasiya@nculture.gov.az elektron poçtuna göndərməlidir. Şəxsiyyət vəsiqəsinin surəti anketə əlavə olunmalıdır.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ:
- Müsabiqə iki yaş qrupu (12-19 yaş və 20 yaşdan yuxarı) üzrə 1 turdan ibarət olmaqla, 2025-ci ilin noyabr ayında Naxçıvan şəhərində keçiriləcəkdir.
- Müsabiqədə yaş qruplarına uyğun olaraq istedadı olan hər kəs iştirak edə bilər.
- Müsabiqədə ifa edilən mahnı (marş) Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət və vətənpərvərlik mövzusunda olmalıdır.
- Müsabiqədə hər bir iştirakçı 2 mahnı ifa etməlidir.
- Müsabiqədə ifalar canlı olmalıdır. Müşayiət canlı və ya minuslardan ibarət ola bilər. Müşayiəti iştirakçının özü təmin etməlidir.
- Müsabiqədə təhsil tələbi yoxdur.
- Müsabiqədə hər yaş qrupu üzrə bir I, bir II, bir III yer və həvəsləndirici yerlər müəyyən edilir.
Müsabiqə qalibləri nazirliyin diplomları və aşağıdakı qaydada
hər iki yaş qrupu üzrə birinci yer – 500 AZN
hər iki yaş qrupu üzrə ikinci yer – 300 AZN
hər iki yaş qrupu üzrə üçüncü yer – 200 AZN pul mükafatı, fərqlənənlər nazirliyin fəxri fərmanları ilə təltif ediləcəkdir.
Müsabiqə qaydaları barədə ətraflı məlumat və ərizə anket nümunəsi ilə nazirliyin nculture.gov.az saytında tanış ola bilərsiniz.
Digər xəbərlər