Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Pa...
11:23 27.06.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Nurlan Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində Gömrük işinin təşkili və Ümumi iqtisadiyyat ixtisasları üzrə ali təhsil alıb.
Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə "Naxçıvanbank" ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.
Digər xəbərlər