Dağların qoynundan boylanan cənnət
00:03 25.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, noyabrın 8-də 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev və Şuranın kollektivi Naxçıvan şəhərində tarixi Qələbəmizi simvolizə edən Zəfər Abidəsi önünə gül dəstələri qoyub, Vətən uğrunda canlarını fəda edən şəhidlərimizi yad edərək ehtiramlarını ifadə ediblər. Sonda Zəfər Abidəsinin önündə xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda “Zəfər Günü” kimi qeyd edilməsi qərara alınıb.
Artıq dörd ildir ki, dövlət rəmzimiz olan üçrəngli bayrağımız doğma Qarabağımızda qürurla dalğalanır!
Digər xəbərlər