Müzəffər Sərkərdənin Qalib Ordusu
23:50 25.06.2025
0
0
0
İyunun 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şuranın fəaliyyətində könüllü olaraq iştirak edən və ictimai fəallıqları ilə seçilən məzunlarla görüş keçirib.
Görüş zamanı Qəzənfər Abdullayev gəncləri məzun olmaları münasibətilə təbrik edib, onların təhsil illərində göstərdikləri təşəbbüskarlıq və ictimai fəallığı yüksək qiymətləndirib. Şura sədri çıxışı zamanı vurğulayıb ki, bu cür gənclər həm təhsil müəssisələrində, həm də cəmiyyətin müxtəlif sahələrində aktiv mövqeləri ilə seçilərək sosial həmrəyliyin gücləndirilməsində mühüm rol oynayırlar.
Tədbirdə Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov və məzunlar çıxış edərək Həmkarlar İttifaqları Şurası ilə əməkdaşlığın onların şəxsi və peşəkar inkişafına müsbət təsir göstərdiyini bildiriblər. Qeyd olunub ki, təşkil olunan müxtəlif tədbir və layihələrdə iştirak onlara həm bilik, həm də dəyərli təcrübə qazandırıb.
Görüş zamanı fəallığı ilə seçilən məzunlara Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən təşəkkürnamələr təqdim olunub, həmçinin onların istirahətini və motivasiyasını dəstəkləmək məqsədilə Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahət kuponu hədiyyə edilib.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
Digər xəbərlər