Naxçıvan Muxtar Respublikasının yeni kənd təsərrü...
21:43 21.05.2025
0
0
0
Yay mövsümü dövründə yanğınlara qarşı qabaqlayıcı tədbirlərin səmərəliliyinin artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrlə bağlı seminar-müşavirə keçirilib.
Nаxçıvаn Muxtar Respublikası Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin müvafiq vəzifəli şəxsləri, eləcə də yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyinin idarə rəisinin müavini, polkovnik Azadil Hüseynov çıxış edərək seminar-müşavirənin məqsədindən danışıb.
Fövqəladə Hallar Nazirliyinin şöbə rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov taxıl biçini və tədarükü dövründə taxıl və əkin-otlaq sahələrində, eləcə də meşələrdə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi istiqamətində görülən işlər barədə məlumat verib. Sahibkarların, torpaq mülkiyyətçilərin və vətəndaşların üzərinə düşən əsas vəzifələr, meşələrdə yanğın təhlükəsizliyi qaydalarının pozulması, əkin yerinin yandırılmasına görə müəyyən edilən inzibati məsuliyyət növləri haqqında danışıb.
“Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədr müavini Həzi Həsənov taxıl biçini dövründə görülməsi zəruri olan texniki və yanğın təhlükəsizlik tədbirləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Fəridə Hüseynli meşələrdə, meşəətrafı sahələrdə və xüsusi mühafizə olunan təbiət ərazilərində qabaqlayıcı yanğın təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsi vacibliyindən və bu sahədə vətəndaşların üzərinə düşən vəzifələrdən bəhs ediblər.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub və təbliğat vasitələri təqdim edilib.
Digər xəbərlər