Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
İnfrastruktur quruculuğunun əsas sahələrindən olan meliorasiya və su sistemləri sferasında görüləcək mühüm işlər su təchizatı, meliorasiya və irriqasiya sahəsinin inkişafına böyük töhfədir. Su infrastrukturunun effektiv təşkili məqsədilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyində yeni teknika və avadanlıqlarla təchiz olunmuş texnika parkı yenilənib.
Agentliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, texnika parkı 1 ədəd “FORD 1833 DC” markalı kanalizasiya təmizləyən, 1 ədəd “Donat 3 oxlu platforma” markalı texnika daşıyıcı, 1 ədəd “Donat 2 oxlu” markalı boru daşıyan qoşqu, 2 ədəd “Cat 303.5 CR” markalı minitırtırlı ekskovator, 2 ədəd “Cat 226 B3” markalı miniyükləyici, 1 ədəd “Hidromek HMK 210 WH4” markalı təkərli ekskavator, 2 ədəd “XCMG XCT16” markalı avtokran, 8 ədəd “GAZ A22 R32” markalı avtomaşın, 3 ədəd “Hidromek HMK 102B” markalı təkərli ekskavator yükləyici, 4 ədəd “MOSATS 405 EVO” markalı qaynaq generatoru olmaqla, ümumilikdə, 25 texnika və avadanlıqla təchiz olunub. Agentliyin tabe idarələrinin istifadəsinə veriləcək texnikalar vasitəsilə muxtar respublika ərazisində torpaqlarda əkinçilik üçün əlverişli şəraitin yaradılması, deqradasiya olunmuş torpaqların münbitliyinin artırılması, içməli və suvarma su təminatının yaxşılaşdırılması, su təchizatı və kanalizasiya sistemlərinin istismarının təşkili və idarə olunması üçün görüləcək işlərdə səmərəli istifadə olunacaq.
Digər xəbərlər