Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
Oktyabr ayının 25-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində “açıq qapı” günü təşkil olunub. Vətəndaşlar onları narahat edən hüquqi məsələlərlə bağlı gün ərzində hüquqi məsləhət almaq imkanı əldə ediblər.
Bununla birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Naxçıvan Dövlət Universitetinin tələbələri üçün də öz qapılarını açıb. Qonaqlar Ali Məhkəmənin inzibati binası, hakim və işçilərin iş otaqları ilə tanış olub, məhkəmə iclas zallarını, məhkəmənin kitabxanasını ziyarət edib, ayrı-ayrı şöbələrin iş sistemi ilə bağlı məlumatlandırılıblar.
Məhkəmə ilə tanışlıq çərçivəsində Mülki kollegiyanın sədri Əli Allahverdiyev tələbələrə məhkəmələrin dövlət quruluşunda yeri və rolu, məhkəmənin iş rejimi ilə bağlı məlumatlar verib, onların suallarını cavablandırıb.
Həmçinin, qonaqlara Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən məhkəmə-hüquq islahatları, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, vətəndaşların müraciət imkanlarının genişləndirilməsi, elektron sistemlərin tətbiqi və digər yeniliklər barədə məlumat verilib.
Sonda qonaqlar xoş təəssüratlarını bölüşüb, xatirə fotoşəkli çəkilib.
Digər xəbərlər