NAXÇIVAN :

25 May 2025, Bazar

Naxçıvan Musiqi Kollecinin məzunu Vüqar İsmayılzadə "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının səhnəsində

...

Mayın 25-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı maraqlı təqdimatlarla davam edib.
Cıdır düzündə baş tutan tədbirdə Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.
Təqdim olunan ifalar arasında Naxçıvan Musiqi Kollecinin məzunu, hazırda Qarabağ Universitetinin tələbəsi olan Vüqar İsmayılzadənin çıxışı da yer alıb. Onun ifası festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və xoş təəssürat yaradıb.


Əhməd Əhmədov

Nəşr edilib : 25.05.2025 18:47