Prezidentdən məmurlara xəbərdarlıq: Bütün tapşırıq...
15:08 12.11.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının aidiyyəti əməkdaşları ilə birgə Naxçıvan Müəllimlər İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Naxçıvan Müəllimlər İnstitutunun rektor vəzifələrini icra edən Elşən Məmmədov giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov çıxış edərək bildirmişdir ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz idealarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmiş, 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu – ilk Konstitusiya qəbul olunmuşdu.
Həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının əməkdaşı Nuranə Kərimova və YAP-ın Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli mövzu ilə bağlı çıxış ediblər.
Sonda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Dövlətin əsasları" filmi nümayiş olunub.
Digər xəbərlər