“Baharfest”in nəğmədolu ikinci günü davam edir...
22:10 19.03.2025
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının əməkdaşları Ordubad şəhər tam orta internat məktəbində olublar. Şuranın əməkdaşları internat məktəbində təhsil və tərbiyə alan xüsusi qayğıya ehtiyacı olan uşaqlarla birgə bayram tədbiri keçirib. Tədbirdə çıxış edənlər Novruz bayramı münasibətilə şagirdləri təbrik edib, onlara bahar əhvali‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıblar. Çay süfrəsi arxasında davam edən tədbir şagirdlər tərəfindən böyük sevinc və həyəcan hissi ilə qarşılanıb. Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən Ordubad şəhər tam orta internat məktəbində təhsil alan 60 şagirdə bayram hədiyyələri təqdim olunub.
Digər xəbərlər