NAXÇIVAN :

17 May 2025, Şənbə

Naxçıvan kitab sərgisi təlimçi Orxan Şahbaz və sevənlərini görüşdürdü

...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki "Saat Meydanı"nda keçirilən “BOOKFEST Naxçıvan kitab sərgisi 2025” festivalı sonuncu günündə oxucu görüşləri, imza saatları, eləcə də panel müzakirələrlə davam edir.
“Şərq qapısı” xəbər verir ki, hazırda davam edən oxucu görüşləri və imza saatları "Beyinix" Araşdırma və Marketinq Mərkəzinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi  Orxan Şahbazı öz sevənləri ilə görüşdürdü. 
Qeyd edək ki, "Biz nə oxuyaq?" mövzusunda keçirilən panel müzakirə Naxçıvan kitab sərgisinin son gününün ilk panel müzakirəsidir.

Rafiq TƏHMƏZ

Nəşr edilib : 11.05.2025 11:15