NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Naxçıvan idmanında tarixi nailiyyət – Nihad Muradova beynəlxalq güləş hakimi statusu verilib

...

Azərbaycan güləşində hakimlik adına növbəti uğura nail olunub. Bu il mayın 20-24-də Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatında ədaləti qoruyan təmsilçilərimizdən Nihad Muradov III dərəcəli beynəlxalq hakim statusuna yüksəlib, Samil Fəttayev isə III dərəcədən II dərəcəyə çatıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na verilən məlumata görə, Naxçıvan Şəhər Uşaq-Gənclər və İdman Məktəbinin müəllimi olan Nihad Muradov əldə etdiyi nailiyyət sayəsində adını Naxçıvan idmanı tarixinə yazıdırıb. Hazırda Azərbaycanın 26 beynəlxalq güləş hakimindən biri olan N.Muradov muxtar respublikada bu statusa (güləş idman növü üzrə) layiq görülən ilk idman xadimidir.

Qeyd edək ki, N.Muradov 6 ilə yaxındır ki, milli kateqoriyalı hakim kimi Azərbaycan çempionatları və birinciliklərində təmsil olunurdu. Beynəlxalq arenada isə ilk təcrübəsini məhz builki U15 Avropa çempionatında yaşayıb.

Nəşr edilib : 10.09.2026 17:35