Ərdoğan: Azərbaycan və Pakistanla birlikdə yeni ad...
22:41 22.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na verilən məlumata görə, Hövsan Olimpiya İdman Kompleksində MMA, pankration, qrapplinq (qrapplinq-gi) idman növləri üzrə yeniyetmə, gənclər və böyüklər arasında Azərbaycan birinciliyi və çempionatı keçirilib. 4 gün davam edən yarışda 60 klubdan 600-ə yaxın idmançı iştirak edib.
Yarışa Naxçıvandan məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə “Turan” Döyüş Klubunun 8 idmançısı qatılıb. Təmsilçilərimiz 7-si qızıl, 4-ü gümüş, 2-si bürünc olmaqla, ümumilikdə, 13 medal qazanıblar. Qızıl medallardan 4-ü pankrationda, 2-si qrapplinqdə, 1-i MMA-da əldə olunub.
Klubun idmançılarından ən yaxşı nəticə Nurəddin Əliyevə məxsusdur. Belə ki, 42 kq çəki dərəcəsində çıxış edən 16 yaşlı idmançı hər üç idman növündə həmyaşıdlarını üstələyərək 3 qızıl medal qazanmağa müvəffəq olub. Rəhim Quluzadə (38 kq) pankration və qrapplinqdə, Əsgər Heydərovla (66 kq) Əbülfəz Cəfərov (47 kq) isə təkcə pankrationda çempionluq sevinci yaşayıblar. İbrahim Əliyev və Ravil Alməmmədov gümüş, Oğuz Məmmədli isə bürünc mükafatçı olub.
Digər xəbərlər