NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Naxçıvan idmançısı Əli Əsgərovdan növbəti nailiyyət

...

Şüvələn Ağır Atletika Akademiyasında gənclər və böyüklər arasında pauerliftinq üzrə Azərbaycan kuboku keçirilib. 
Əli Əsgərov benç press növündə 93 kq çəki dərəcəsində çıxış edib. Təmsilçimiz 188 kiloqramlıq ağırlığın öhdəsindən gələrək 8 rəqibinin hər birini geridə qoyub. Nəticədə, Əli Əsgərov yarışın qızıl medalına sahib çıxıb. 
Məlumat üçün bildirək ki, Naxçıvan regional miqrasiya baş idarəsində çalışan Əli Əsgərov güc idman növləri üzrə (benç press) dünya, Avropa, Avrasiya, Azərbaycan çempionluğu və bir çox ölkə və dünya səviyyəli yarışların qalib və mükafatçısıdır.

Nəşr edilib : 01.10.2024 17:38