NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi 17:33

Naxçıvan idmançılarının ötən il qazandığı nəticələr açıqlanıb

...

2024-cü i ildə ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Bəhreyn, Finlandiya,
Monqolustan, Belarus və Bolqarıstanda keçirilən müxtəlif səviyyəli yarışlarda iştirak edərək önəmli nailiyyətlərə nail olublar. Belə ki, Naxçıvan idmançıları dünya, Avropa, ölkə və beynəlxalq səviyyəli yarışlarda 72-i qızıl, 71-i gümüş, 58-si bürünc medal olmaqla ümumilikdə 201 medal qazanıblar.


"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxcıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifəsinə müvəqqəti icra edən Məcid Seyidov 2024-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Nazir müavini qeyd edib ki, təmsilçilərdən Röya Abdullayeva 17 yaşadək qızlar arasında qrepplinq üzrə Avropa çempionu olan ilk Azərbaycan idmançısı kimi adını tarixə yazdırdı. Fidan Paşayeva həmin qitə birinciliyinin bürünc medalçısı oldu. Uğurlu karyerası olan Əli Əsgərov pauerliftinq üzrə Avropa çempionatının qızıl medalçısı və mütləq çempionu olmaqla daha bir titula nail oldu. Karateçi Xədicə Bayramova XIV Dünya Şotokan Çempionatında 8-9 yaş kateqoriyası üzrə 3 qızıl medal qazanmaqla böyük bir uğura imza atdı. Ləman Bağırova Naxçıvan cüdosu tarixində 15 yaşadək cüdoçular arasında ölkə çempionu olan ilk qız idmançı oldu. Boks, atletika, gimnastika, cüdo, karate, voleybol, kikboks və qarışıq döyüş növlərində bir sıra fərdi və kollektiv uğurlar əldə olundu.

Nəşr edilib : 05.03.2025 13:09