Azərbaycan karateçisi Avropa çempionu oldu
18:58 09.05.2026
0
0
0
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 10 May – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: dünənimiz, bu günümüz və sabahımız!” adlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin rəsmi hissəsində Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov çıxış edərək 10 may tarixinin əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli ordunun formalaşdırılması və xalqın rifahı naminə həyata keçirdiyi misilsiz xidmətlərdən geniş bəhs edib.
Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq artistləri Samir Cəfərov, Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, eləcə də hərbi-vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş musiqi nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.
Sonda tədbirin təşkilində və keçirilməsində fəal iştirak edən qonaqlara təşəkkürnamələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Digər xəbərlər