“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Səfər Əlirzayevin təşəbbüsü ilə “Zəngəzura doğru zəfər sədası” adlı konsert proqramı təşkil olunub.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Naxçıvan Hərbi Kollecin rəisi, polkovnik Yaşar Hüseynov çıxış edərək Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovun Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik məktubunu şəxsi heyətə çatdırıb.
Konsert proqramında Xalq artisti Samir Cəfərov, Əməkdar artist Şəmistan Əlizamanlı, IV Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə və Prezident mükafatçısı Samir İsmayılov maraqlı ifalarla çıxış ediblər.
Tədbirin sonunda Naxçıvan Hərbi Kollecin rəisi tərəfindən qonaqlara kollecin xatirə plaketi və fəxri fərmanlar təqdim olunub. Daha sonra müəllimlər, kursantlar və qonaqlarla birlikdə xatirə fotosu çəkilib.
Qonaqlar kursantlarla birgə nahar ediblər.
Digər xəbərlər