NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Naxçıvan Dövlət Universitetinin Tibb Kollecində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Naxçıvan  Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Tibb Kollecində  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya yaşıl təfəkkürdən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Tibb Kollecinin direktoru Sona Məmmədova çıxış edərək mövzunun əhəmiyyətdən  danışıb. 
Tədbirdə Muxtar Respublika Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov, Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi ədliyyə müşaviri İsfəndiyar Qasımov və  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  əməkdaşı Vüqar Kərimov mövzu ilə bağlı çıxış ediblər.

Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Nəşr edilib : 16.10.2024 17:21