Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birlikdə Naxçıvan Dövlət Universitetinin Texniki Kollecində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi zamanı müddətli həqiqi xidmət və səfərbərlik üzrə çağrışla bağlı “Hərbi vətənpərvərlik: Vətəndaşlıq borcumuz, konstitusion vəzifələrimiz və məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Texniki Kollecinin direktoru Asəf Ruşanov da iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Faiq Səfərov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin əməkdaşı Vüsal Əliyev mövzu ilə bağlı çıxış ediblər.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər