Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Ölkəmizin ali təhsil müəssisələri sırasında ön yerdə gedən Naxçıvan Dövlət Universiteti şad xəbər alıb. Belə ki, universitetin Beynəlxalq münasibətlər ixtisasının məzunu Aysu Adıgözəllinin Macarıstan Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olması, təbii ki, həm də ali təhsil müəssisəsinin uğurudur. Biz də Aysu xanımla redaksiyamızda görüşüb təəssüratlarını öyrəndik. O bildirdi: “Macarıstan Hökuməti ilə Azərbaycan Respublikası arasında imzalanmış ikitərəfli saziş çərçivəsində nüfuzlu Avropa universitetlərində təhsil almaq hüququ qazanaraq bundan sonra həm ölkəmizi, həm də Naxçıvan Dövlət Universitetini beynəlxalq arenada layiqincə təmsil edəcəyəm. Gənc nəsil üçün bir nümunə olaraq məqsədim təkcəyeni biliklər qazanmaq deyil, həm də əldə etdiyim bilik və təcrübəni ölkəmin inkişafına yönəltməkdir. Hələ üçüncü kursda təhsil alarkən xaricdə təhsil almaq niyyətimi formalaşdırmış və bu məqsədlə ilk addım olaraq IELTS imtahanına hazırlaşmışdım. İmtahan nəticəm 7 bal olmuşdu. Daha sonra isə qəbul prosesi başladı və bu mərhələdə müsahibələr əsas rol oynadı. İlk müsahibə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirildi və nəticədə, əsas siyahıya daxil edildim. Növbəti mərhələdə Macarıstan universitetləri ilə keçirilən müsahibələrdən də müsbət nəticə əldə etdim və birinci seçimim olan ELTE Universitetindən qəbul aldım. Magistr təhsilimi Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində davam etdirəcəyəm. Bu proqram təhsil haqqını tam qarşılayır və aylıq yaşayış xərclərinə dəstək göstərir. Bu uğuruma görə ailəmə və xüsusilə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimlərinə dərin minnətdarlığımı bildirirəm. Müəllimlərim bu müddət ərzində həm akademik biliklərlə, həm də mənəvi dəstəkləri ilə daim yanımda olublar. Təhsilimi başa vurduqdan sonra isə öz ölkəmə töhfə vermək və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyətimi davam etdirmək istəyirəm”.
Naxçıvan Dövlət Universitetinin məzunu Aysu Adıgözəllinin bu uğuru bir daha sübut edir ki, müasir gənclik istedadı, biliyi və əzmi ilə gələcək nəsillərin elm və təhsilə marağını artırmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunu da yüksəldir.
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər