NAXÇIVAN :

29 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetinin magistri ümumrespublika elmi məqalə müsabiqəsində ikinci yeri tutub

...

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universiteti UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi ilə UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən və “Baku Steel Company” QSC-nin dəstəyi ilə “Yaşıl Dünyanın Qarabağ Modeli” adlı ümumrespublika elmi məqalə müsabiqəsi keçirilib. Müsabiqənin məqsədi ölkənin ali təhsil və elmi-tədqiqat müəssisələrinin professor-müəllim heyətinin, doktorant, magistr və tələbələrinin Qarabağın quruculuğunda ekoloji problemlərin və yaşıl dünya konsepsiyasının mahiyyətinin öyrənilməsi, regionun təbii resurslarından qənaətlə istifadə edilməsi, “yaşıl enerji” infrastrukturunun yaradılması və qlobal ekoloji problemlərin həlli yolları üzrə tədqiqatların aparılmasının təşviq edilməsindən ibarət olmuşdur. Müsabiqədə Naxçıvan Dövlət Universitetinin də xeyli sayda əməkdaşı və magistrləri iştirak etmiş və yerlər tutmuşlar. Müsabiqə nəticələrinə əsasən Naxçıvan Dövlət Universitetinin magistri Günel Quliyeva “Yaşıl ekoturizm: Qarabağ və Şərqi Zəngəzurda onun inkişaf məsələləri” adlı elmi məqaləsi ilə 2-ci yeri tutmuş və pul mükafatı ilə mükafatlandırılmışdır. Universitetin magistrlərindən Fəridə Məmmədova, müəllimlərindən isə Yadulla Həziyev və Rəhim Nəcəfov da müvafiq nominasiyalar üzrə ilk onluqlarda yer tutaraq sertifikatlarla mükafatlandırılıblar.

Əli CABBAROV

Nəşr edilib : 28.12.2024 16:50