Emoməli Rəhmon Azərbaycan Prezidentinə təbrik məkt...
19:12 23.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Yaşıl dünya naminə həmrəylik ili”nə və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş konfrans Naxçıvan Dövlət Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Fizika İnstitutu, Azərbaycan Fizioloqlar Cəmiyyəti, və Azərbaycan Gerontoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Qeyd edək ki, konfransın birinci hissəsi 18-19 dekabr 2024-cü il tarixlərdə Bakı şəhərində keçirilib.
Konfrans iştirakçıları bağlanış mərasimindən öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərində yerləşən abidəsinin önünə gül dəstələri düzüb və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Daha sonra universitet kampusunda keçirilən tur zamanı Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi, Baytarlıq təbabəti klinikası, Universitet xəstəxanası və Tibb fakültəsinin laboratoriya və kabinələrində aparılan elmi-tədqiqat resursları ilə tanış olublar.
Tədbirdə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev universitetin inkişaf mərhələləri, tibb sahəsində kadr hazırlığı və mövcud tədqiqat mühiti haqqında ətraflı məlumat verib. Həmçinin rektor, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Tibb fakültəsinin inkişafı üçün 2023-2027-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.
Konfransda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, akademik A.Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, professor Ulduz Həşimova, Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutunun direktoru, eyni zamanda Qazaxıstan Respublikasının Milli Kurort Assosiasiyasının Prezidenti, professor Sayagul Kairgeldina, Naxçıvan Dövlət Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elsevər Əsədov çıxışları zamanı müasir elmi araşdırmaların praktiki əhəmiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və tədbirin nəticələrinin gələcək tədqiqatlara töhfələri barədə fikirlərini bölüşüblər
Sonda tədbir çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu və Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.
Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumda akademik və tədqiqat heyətinin qarşılıqlı mübadiləsi, elmi tədqiqatların Fizika İnstitutu ilə birgə aparılması, universitet bazasında müasir laboratoriyanın yaradılması və avadanlıqlarla təchiz olunması nəzərdə tutulub.
Eyni zamanda Naxçıvan Dövlət Universiteti ilə Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kurortologiya və Tibbi Reabilitasiya İnstitutu arasında imzalanmış memorandumda beynəlxalq əməkdaşlığın inkişafı, kurort-sanatoriya sektorunda innovativ üsulların tətbiqi, birgə elmi forumların təşkili və tədqiqat fəaliyyətlərinin genişləndirilməsi məsələləri yer alıb.
Digər xəbərlər