Ərdoğan: İsrail və Livan arasında atəşkəs razılaşm...
13:38 27.11.2024
0
0
0
NAXÇIVAN :
27 Noyabr 2024, Çərşənbə
17-19 may 2024-cü il tarixlərində keçirilən hakatonun məqsədi gənc tədqiqatçılarda kənd təsərrüfatı texnologiyalarına yönəlmiş ideyaların inkişafına nail olmaqdır.
Proqram çərçivəsində Ərzurum Texniki Universiteti və Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə problemlərlə bağlı qalıcı və əlavə dəyər yaradan texnologiyaya əsaslanan ideyaların inkişaf etdirilməsi hədəflənib. Bu çərçivədə iştirakçılar 72 saat ərzində müxtəlif onlayn vebinar, panel və təlimlərdə iştirak ediblər.
Daha sonra MVP mərhələsində fərdi və komanda şəklində sözügedən problemin həll yollarına dair layihələr təqdim edilib. Ümumilikdə, 250 iştirakçının qatıldığı hakatona fərdi və komanda şəklində olmaqla ümumilikdə, 37 layihə təqdim edilib.
Layihənin son günü münsiflər heyəti tərəfindən hakatona təqdim edilən layihələr dəyərləndirilib və 10 ən yaxşı layihə seçilib.
Qeyd edək ki, qalib layihələrin komanda üzvlərinin Naxçıvan Dövlət Universiteti və Ərzurum Texniki Universitetinə qarşılıqlı olaraq bir həftə müddətində səfərləri təşkil ediləcək.
Hakaton prosesindən sonra layihələrin inkubasiya mərkəzləri, regional potensial əməkdaşlıq təşkilatları ilə uyğunlaşdırılması və kənd təsərrüfatı sektorunda tətbiq edilməsi nəzərdə tutulur.
Diqqətinizə çatdıraq ki, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin tələbələri – Nadir Hacıyev, Nurlan Qurbanov və Nuray İsmayılovanın komanda olaraq irəli sürdükləri “SmartAgri” layihəsi hakatonda 3-cü yerə layiq görülüb. Kənd təsərrüfatında su və gübrə istifadəsini optimallaşdırmaqla səmərəli şəkildə resursları artırmaq və istifadə etmək sözügedən layihənin əsas hədəfidir.
Digər xəbərlər