Naxçıvanda sertifikatlaşdırma imtahanında 352 müəl...
21:55 02.05.2026
0
0
0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 489 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na uyğun olaraq “Azərenerji” ASC “Naxçıvan Enerji” MMC ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecinin Elektrik təchizatı ixtisası üzrə təhsil alan tələbələri “Azərenerji” ASC “Naxçıvan Enerji” MMC-nin istismar sahəsinə daxil olan 87 meqavatlıq Naxçıvan Modul Elektrik Stansiyasında praktiki dərs keçiblər.
Tələbələr stansiyanın iş prinsipləri, elektrik enerjisinin istehsalı, ötürmə prosesləri və texniki təhlükəsizlik qaydaları üzrə biliklərini təkmilləşdirmək imkanı əldə ediblər. Bu cür təcrübə proqramları gənclərin peşə hazırlığının artırılmasına və enerji sahəsində kadr potensialının gücləndirilməsinə xidmət edir.
Digər xəbərlər