“Qalatasaray” ardıcıl dördüncü dəfə Türkiyə çempio...
23:09 09.05.2026
0
0
0
Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikası Gənclər Fondunun və Naxçıvan Dövlət Universitetinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Nakhchivan Global Youth Forum 2026” beynəlxalq forumu keçirilib.
"Şərq qapısı" xəbər verir ki, 200 nəfərə yaxın yerli və əcnəbi gəncin iştirak etdiyi forumun məqsədi gənclərin qlobal çağırışlar, innovasiya və müasir inkişaf istiqamətləri üzrə biliklərinin artırılması olub.
Tədbirin açılışında çıxış edən NDU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nicat Yaqubov, ATGTİ sədri Rəşad Zeynalov və Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov gənclərin inkişafı, beynəlxalq əməkdaşlıq və dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıblar.
Forum “İştirakdan təsirə: gənclər siyasətində yeni yanaşmalar” və “Gələcəyin peşələri: süni intellekt dövründə gənclərin rolu” mövzularında panel sessiyalarla davam edib. Sessiyalarda gənclərin qərarvermədə iştirakı, liderlik bacarıqları, süni intellektin əmək bazarına təsiri və rəqəmsal bacarıqların inkişafı müzakirə olunub.
Tədbir çərçivəsində Naxçıvan Musiqi Kollecinin “İrs” muğam ansamblı və “Bəzmi-cahan” rəqs qrupunun çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Digər xəbərlər