Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda əsas proritet hədəflərdən biri də Muxtar Respublikada peşə təhsilinin əhatəsinin genişləndirilməsidir. Proqrama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində yeni tədris ilindən 13 yeni ixtisas yaradılıb ki, onlardan biri “Nəqiliyyat vasitələrinin texniki istismarı” (avtomobil üzrə) ixtisasıdır.
Yeni ixtisasda tələbələr avtomobillərin işləmə prinsiplərini, texniki xidməti, təmirini və istismarını öyrənəcək, mühərriklər, transmissiyalar, şassi sistemləri, elektronika kimi sahələrdə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.
Təhsil müddəti 4 il olan bu tədris proqramında təhsil alan tələbələr subbakalavr peşə-ixtisas dərəcəsi alacaq və təhsilini müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə edəcəklər.
Digər xəbərlər