NDU-nun rektoru və nümayəndə heyəti Türkiyənin Qaz...
20:45 30.04.2025
0
0
0
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artistləri Nazlı Hüseyinquliyevanın 65, Əbülfəz İmanovun isə 60 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Yubiley gecəsinin açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Piri Nağıyev sənətkarları təbrik edərək onların Azərbaycan teatr sənətinə verdiyi dəyərli töhfələri yüksək qiymətləndirib və Mədəniyyət Nazirliyinin fəxri fərmanını təqdim edib.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Milli Dram Teatrının repertuarında yer alan və yubilyar aktyorların parlaq çıxışları ilə yaddaqalan tamaşalardan seçilmiş səhnələr nümayiş olunub. Bu parçalar aktyorların peşəkarlığını və teatr sənətinə olan böyük sevgisini bir daha tamaşaçılara və tədbir iştirakçılarına çatdırıb.
Tədbirin sonunda çıxış edən teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov yubilyarları səmimi-qəlbdən təbrik edərək onlara Naxçıvan Dövlət Milli Dram Teatrının fəxri fərmanını təqdim edib. O, çıxışında qeyd edib ki, Nazlı Hüseyinquliyeva və Əbülfəz İmanovun uzun illər ərzində göstərdikləri sənət fəaliyyəti, onların peşəkarlığı və səhnəyə olan məsuliyyəti gənc nəsil aktyorlar üçün örnəkdir.
Bu yubiley tədbiri bir daha sübut etdi ki, Azərbaycan teatr sənətində silinməz iz qoyan sənətkarların əməyinə verilən dəyər, onların sənətə olan sevgisi ilə birləşərək milli mədəniyyətimizin inkişafına töhfə verir.
Digər xəbərlər