Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
10 sentyabr tarixdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrına bəzi yaradıcı vəzifələrə işə qəbul üçün müsahibə keçirilib.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı üzrə quruluşçu rejissor, musiqi hissə rəhbəri, ədəbi dram hissəsinin rəhbəri, dram artisti, vokal artisti, orkestr artisti, dekorçu rəssam vəzifələrinin tutulması üçün 26 avqust tarixdə elan olunmuş müsahibədə iştirak üçün, ümumilikdə, 18 namizəd qeydiyyatdan keçib. 16 nəfər müsahibədə iştirak etmiş, 7 nəfər müəyyən edilmiş keçid balını toplayaraq uğur qazanmışdır.
Qeyd edək ki, namizədlər müsahibənin nəticəsi ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının (milli_dram_teatr) adlı rəsmi “Instagram” səhifəsində tanış ola bilərlər.
Digər xəbərlər