Naxçıvan Muxtar Respublikasında 22 noyabra olan ha...
23:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
Muxtar respublikanın elektrik enerjisi tələbatından asılı olaraq bəzən elə aylar, günlər, saatlar olur ki, təminatın bərpa olunan və alternativ enerji mənbələri hesabına ödənməsinə imkan yaranır. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti şəbəkənin qərarlaşmış rejiminin optimallaşdırılması və effektivliyinin artırılmasını təhlil etməklə sırf alternativ enerji mənbələrindən istifadə ilə karbon emissiyasının atmosferə atılmasının qarşısını alaraq sıfıra endirilməsinə töhfə verməyi qarşıya məqsəd kimi qoyub.
Bu barədə “Şərq qapısı”na Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, oktyabrın 11-də muxtar respublikanın 947 min 508 kilovatsaat elektrik enerjisinə tələbatı tam "yaşıl enerji" hesabına ödənilib, digər günlərlə müqayisədə, təqribən, 130000 kubmetr həcmində təbii qaza qənaət edilib, həmin gün karbon emissiyası sıfıra düşüb. COP29 çərçivəsində bu addımların atılması muxtar respublikada alternativ enerji mənbələrindən daha səmərəli istifadə edilməsinə səbəb olacaq.
"Qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyi ilə mübarizə aparmaq məqsədilə ətraf mühiti təmiz saxlamaq, gələcək nəsillərə daha təmiz və yaşana bilən dünya miras buraxmaq üçün ətraf mühitə daha həssas yanaşmalı, elektrik enerjisindən nəzarətsiz istifadənin qarşısını almalı, qənaətlə istifadə etməli, israfçılıq etməməliyik", – deyə Energetika Xidmətinin mətbuat xidməti əlavə edib.
Digər xəbərlər