Azərbaycanda "Sektorlar üzrə strateji planların ha...
12:09 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
"Şərq qapısı" xəbər verir ki, AMEA Naxçıvan Bölməsi Rəyasətinin növbəti iclası keçirilib.
İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Gündəlikdəki ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 21 oktyabr 2024-cü il tarixli iclası və AMEA Naxçıvan Bölməsinin qarşısında duran vəzifələri əhatə edib.
Məsələ ilə bağlı çıxış edən İsmayıl Hacıyev AMEA Rəyasət Heyətinin müzakirə etdiyi məsələləri ayrı-ayrılıqda diqqətə çatdırıb, qəbul olunan qərarların Naxçıvan Bölməsi qarşısında müəyyənləşdirdiyi vəzifələrdən söz açıb.
Bölmənin Aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov iclasda AMEA Naxçıvan Bölməsində 2024-cü ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabat iclaslarının keçirilməsi ilə bağlı məlumat verib. Natiq, həmçinin iclas iştirakçılarını bölmədə aparılan elmi-tədqiqat işlərinin qiymətləndirilməsi cədvəli ilə tanış edib.
Daha sonra Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasova 2025-ci il üçün AMEA Naxçıvan Bölməsinə doktorantura və dissertanturaya qəbul planı haqqında məlumat verib.
Aparatın Elektron xidmətlər şöbəsinin baş mütəxəssisi Səkinə Cümşüdova iclasda bölmə əməkdaşlarının “Google Scholar” sistemində profillərinin yaradılmasına nəzarətin gücləndirilməsi ilə bağlı görülən işlərdən danışıb.
Rəyasət Heyəti, həmçinin AMEA Naxçıvan Bölməsi Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibini təsdiq edib.
Digər xəbərlər