Gürcüstan Prezidenti Azərbaycanın Tbilisidəki səfi...
18:19 11.04.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyindən (NANA) verilən məlumata əsasən yollarda yaranmış kəskin buzlu və qarlı şəraitlə əlaqədar 25 fevral 2025-ci il tarixdən etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə səhər reysləri bərpa ediləcək.
Qeyd edək ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar 22 fevral 2025-ci il tarixdə Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılıb. Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Digər xəbərlər