Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası ke...
12:30 20.04.2026
0
0
0
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvanqala Tarix-Memarlıq Kompleksində davam edən Bahar festivalı rəngarəng proqramı ilə diqqət çəkir.
Festival çərçivəsində müxtəlif teatr tamaşaları, musiqi nömrələri və satış sərgiləri ilə yanaşı, həm uşaqların, həm də böyüklərin asudə vaxtının səmərəli təşkili üçün müxtəlif oyunlar və atraksionlar da quraşdırılıb.
Qeyd edək ki, təşkil olunan əyləncə qurğuları sırasında şişmə oyun meydançaları, mexaniki öküz və tir atma kimi maraqlı fəaliyyətlər yer alır.
“Şərq qapısı” olaraq həmin rəngarəng görüntüləri sizlərə təqdim edirik.
Zəhra VƏLİYEVA
Rafiq TƏHMƏZ
Digər xəbərlər