NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Naxçıvan alimləri beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçiliblər

...

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və həmin institutun Dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva Türkiyənin Ərzurum Atatürk Universitetinin “Çağdaş türk ləhcələri və ədəbiyyatları” bölümünün nəşr etdiyi “Comparative Turkish Dialects and Literatures” (Müqayisəli türk dialektləri və ədəbiyyatları) jurnalının redaksiya heyətinə üzv seçiliblər.
Qeyd edək ki, adıçəkilən e-jurnal Dərgi Park elektron bazasına daxildir. Dərgi Park Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) elektron baza reyestridir. 2013-cü ildən fəaliyyət göstərən  Dərgi Park akademik və elmi jurnalları elektron sistemdə toplamaq və nəşr  etmək  xidməti göstərir.   
Əməkdaşlarımızın elmi heyətində təmsil olunduqları “Comparative Turkish Dialects and Literatures” beynəlxalq jurnalı “MLA International Bibliography” və “ERIH Plus” bazalarında indeksə malikdir. Jurnal ildə iki dəfə olmaqla türk, ingilis və rus dillərində dərc olunur.
Jurnalla aşağıdakı hiperlink vasitəsilə tanış olmaq mümkündür:

http://https://dergipark.org.tr/tr/pub/ctdal

Nəşr edilib : 17.09.2024 17:40