Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
Naxçıvanda polis əməkdaşları tərəfindən Naxçıvan şəhərində, Sədərək, Şahbuz, Babək rayonlarında yerləşən təhsil müəssisələrində “Narkomaniya və onun insan sağlamlığına vurduğu ağır zərərlər”, “İdman–həyat və sağlamlıqdır” mövzularında maarifləndirmə tədbirləri keçirilib.
"Şərq qapısı" xəbər verir ki, görüşlərdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin cəmiyyətimiz üçün yaratdığı problemlərdən, onlardan qorunma yollarından danışıb, bu zərərli maddələrin geniş yayılmasının qarşısının alınması istiqamətində hüquq mühafizə orqanları tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü və bu cinayət əməli ilə məşğul olan şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunduqlarını qeyd ediblər.
Tədbirlərdə həmçinin daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar verilib, təhsil müəssisəsinin yaranma tarixi, inkişafı, ölkəmizdə hüquq elminin inkişafına verdiyi töhvələrdən danışılıb.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və mövzularla bağlı videoçarxlar nümayiş etdirilib.
Digər xəbərlər