NAXÇIVAN :

17 Oktyabr 2024, Cümə axşamı

“Muxtariyyət kuboku” uğrunda intellekt yarışının qalibi bəlli olub

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhərində yeniyetmələrin “Muxtariyyət kuboku” uğrunda “Xəmsə” Milli İntellektual Oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasının 100 illik yubileynə həsr olunmuş yarışma Gənclər Mərkəzində reallaşıb. Qələbə uğrunda mübarizədə şəhər və rayon mərhələlərinin qalibləri olmaqla, ümumilikdə, 8 komanda qoşulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan intellekt yarışı gənc nəsil arasında qədim diyarımızın tarixi, ictimai-siyasi və yaradıcı mühiti, 100 illik muxtariyyət tarixi ilə bağlı bilgilərini zənginləşdirmək, onların intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq məqsədinə xidmət edib.

5 raundluq maraqlı intellekt mübarizəsinin yekununda Sədərəyin “Turan” komandası bütün rəqiblərini geridə qoyaraq qalibiyyətə nail olub. Şahbuzun “Keçili” və Ordubadın “Qapıcıq” komandaları yarışı müvafiq olaraq ikinci, üçüncü sıralarda tamamlayıblar.

Nəşr edilib : 17.10.2024 17:18