NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Muxtar respublikanın ümumtəhsil məktəblərində maliyyə savadlılığının artırılmasına dair təlimlər keçirilir

...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici təlimlər keçirilir.
Təlimlər çərçivəsində 23 yanvar 2026-cı il tarixdə Babək rayonunun Yarımca kənd tam orta məktəbində növbəti təlim təşkil olunub. Təlimdə əvvəlcə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək maliyyə savadlılığının şagirdlərin gələcək həyatında oynadığı mühüm roldan bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov maliyyə biliklərinin erkən yaşlardan formalaşdırılmasının əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, təlimlərin əsas məqsədi şagirdlərdə maliyyə biliklərini artırmaq və məsuliyyətli maliyyə davranışını formalaşdırmaqdır.
Tədbirin davamında Maliyyə Nazirliyinin əməkdaşı Aytən Mənsumzadə tərəfindən şagirdlər üçün praktiki və interaktiv təlim keçirilib. Təlim zamanı maliyyə planlaşdırılması, büdcə anlayışı və düzgün maliyyə qərarlarının verilməsi mövzularına dair məlumatlar təqdim olunub.
Sonda interaktiv hissə təşkil edilib, fəallığı ilə seçilən məktəblilər mükafatlandırılıb.

Nəşr edilib : 23.01.2026 22:36